Sifarişlə mebel

Sifarişlə mətbəx mebeli üstünlükləri və necə hazırlanır

Sifarişlə mətbəx mebeli üstünlükləri və necə hazırlanır

Müasir anlamda mətbəx evin yalnız yeməyin hazırlandığı funksional hissəsi deyil. Bu, adətən, axşamlar bütün ailə üzvlərinin keçən gün haqqında təəssüratlarını bölüşmək üçün toplaşdığı isti yerdir. Hər bir evdar qadın yalnız erqonomik və rahat olmayan, həm də şık, səliqəli və cəlbedici, öz baxışı ilə ideal olan mətbəx arzulayır.

Mətbəx mebeli seçimləri və üstünlükləri

Bu gün mətbəx mebeli üçün hazır konstruksiyaların seçimi olduqca böyükdür. İstehsalçılar mənzilin bu hissəsinin abadlaşdırılması üçün ən müxtəlif variantlar təklif edirlər. Bazarda həm klassik mətbəx variantları və həm də qeyri-adi modellər tapmaq olar. Ancaq, hətta belə bir geniş seçimlə belə istehlakçılar hər vaxt istədikləri mebeli tapa bilmirlər.

Mətbəx mebellərinə  bax>>>

Modern mətbəx mebeli km 032 (2)
Modern mətbəx mebeli km030 (4)

Bu halda, mətbəx mebelinin sifarişlə hazırlanması daha düzgün həlldir. Sifarişlə hazırlanma zamanı bir çox üstünlüklər əldə edirsiz:

  • geniş material çeşidi;
  • daha yaxşı mezanizm seçimi;
  • bir çox rəng həlli;
  • yüzlərlə dekor və aksessuar variantları.

Sifarişli mətbəx mebelinin danılmaz üstünlükləri bununla bitmir. Mükəmməllik axtaranlar və fərdiliyi sevənlər, sahibinin qüruru olacaq heç bir digər mətbəxlərə bənzəməyən fərdi mətbəx əldə edəcək.

Mətbəx mebellərinə  bax>>>

Fərdi layihə üzrə hazırlanmış mətbəx, istənilən arzunun həyata keçirilməsi üçün öz imkanlarını genişləndirmək deməkdir. Sifarişlə mebel istehsalı konstruksiyanın hündürlüyü və genişliyindən başlayaraq, şkaf üçün tutacaqların rəngi və formasınadək sifarişçinin bütün tələbatlarını və üstünlüklərini nəzərə almağa imkan verir.

Qeyri-standart ölçülü və formalı mebel yaratmağa imkan verir. Məsələn, əgər mətbəx düzgün olmayan formalı (5 və ya 6 bucaqlı) otaqda yerləşirsə və ya divarlarda əhəmiyyətli qüsurlar varsa, sifariş verilən mətbəx mebeli bu vəziyyətdə ideal variant olacaq.

Mətbəxin fərdi dizaynı otaqda xüsusi atmosfer yaradacaq və onun sahiblərinin qürurlanması üçün səbəb ola bilər. Bundan əlavə, sifarişçilər mebelin istehsalı üçün materialları seçə, layihədə bir neçə faktura və üslub və s. birləşdirə biləcəklər.

Geniş qiymət diapazonu. Hər bir müştəri mebelləri ona münasib qiymət kateqoriyasında sifariş edə, həmçinin ümumi dəyəri öz maliyyə imkanlarından asılı olaraq dəyişə bilər. Hər hansı bir mətbəx elementini əlavə etmək və ya çıxarmaq və bununla da onun qiymətini demək olar ki, istənilən vaxt dəyişmək mümkündür.

Mətbəx mebellərinə  bax>>>

Klassik mətbəx mebeli

Fərdi layihə üzrə mətbəx necə yaradılır

Mətbəxin istehsalı sifarişçi ilə birlikdə dizaynerin yaratdığı layihədən başlanır. Bunun üçün 3D modelləşdirilmə ilə kompüter proqramlarından istifadə olunur ki, bu da aşağıda göstərilənləri nəzərə almağa imkan verir:

  • otaq formasının bütün xüsusiyyətləri;
  • onun ölçüləri;
  • qapı və pəncərələrin yeri və sairə.

Daha sonra iş və yeməkxana zonalarının yerləşdirilməsi məsələsi həll edilir, zəruri mətbəx texnikasının (plitələrin, bacanın, sobaların və s.) yerləşdirilməsi razılaşdırılır. Son mərhələdə mətbəxin hansı üslubda yerinə yetirilməsi və bunun üçün hansı materiallardan istifadə olunması məsələsi həll edilir.

Kompüter proqramı vasitəsilə sifariş verilən mətbəxin layihələndirilməsi onu görmək və istehsala başlamazdan əvvəl qiymətləndirmək imkanı verir. Lazım olduqda isə dəyişikliklər edə bilərsiniz.

Sifarişli mətbəx mebeli məkanın hər kvadrat santimetrinin maksimal faydalı istifadəsidir. Stil, rahatlıq və səliqə ilə erqonomik və praktikliyin, bütün mətbəx elementlərinin ahəngdar birləşməsi mətbəxdə iş zamanı rahatlıq təmin edəcək. Mətbəx mebelinin dizaynı və istehsalı sahəsində ixtisaslı mütəxəssislər arzularınızın mətbəxini yaratmağa və istər pul, istərsə də keyfiyyət baxımından itkilərdən çəkinməyə kömək edəcəklər.

Sifarişlə yataq mebelinin hazırlanması

Kalidad Mebel ilə evinizin mətbəxi çox mükəmməl olacaq. Zövqlü dizayn, məişət texnikasının və avadanlıqlarının düzgün yerləşdirilməsi və fərdi mətbəx mebeli. Bütün bunları əldə etmək üçün elə indi zəng edin. Sizin mebel fərdi olacaq, heç kimin evində beləsi olmayacaq. Çünki onu sizin arzu etdiyiniz dizaynda hazırlayacağıq. Siz istəyin, biz yaradaq!

Mətbəx mebellərinə  bax>>>

Leave a Reply

Your email address will not be published.