Baz. er. - Şənbə, 10:00 - 18:00

İnteryer dizayn və təmir

Yeni ev üçün interyer dizayn və təmir – yeni ev tikmiş vəya mənzil almış şəxsin üzləşə biləcəyi ən çətin işdir. Evə əşya və ya mebel almaq  etmək bu qədər çətin deyil. Sizi bu çətinlikdən Kalidad Group şirkəti xilas edə bilər. Bizim vəzifəmiz sizin üçün isti və cəlbedici məkan yaratmaq, interyer dizaynında müasir texnologiyalar və materiallardan ağılla istifadə etməkdir. Sizə öz ideyalarınızı reallaşdırmaq imkanı vermək, layihənin bütün mərhələlərində peşəkar dəstək göstərmək bizim üçün də vacibdir.

Məsləhət almaq və ya qiymət öyrənmək üçün məlumatlarınızı qeyd edərək bizə göndərin. Qısa zamanda sizə geri dönüş edəcəyik. 

İnteryer dizayn işləri necə aparılır?

Mənzilinizin interyerini yaradarkən biz ətraflı dizayn layihəsi hazırlayırıq. Təmir üçün bütün lazımi sənədlər hazırlanır: interyerin ümumi konseptindən tutmuş ətraflı texniki təsvirlərə qədər.

Mənzilin və otaqların daxili dizayn layihəsinin vəzifəsi layihəni həyata keçirəcək usta və inşaatçıların hər cür suallarına cavab verməkdir. Diqqətlə hazırlanmış dizayn layihəsi lazımsız xərclərdən və vaxt itgisindən qaçınaraq təmiri optimallaşdırır. İnteryer dizaynı zamanı hər bir detal nəzərə alınır. Alınacaq və ya hazırlanacaq mebellərdə əvvəlcədən ev dizayn layihəsində nəzərə alınır.

Şirkətimiz eyni zamanda mebel istehsalçısı olduğu üçün yataq mebeli, mətbəx və digər mebelləri interyer dizayna daxil edə bilərik. 

Təmir üçün interyer dizayn layihəsinə niyə ehtiyacınız var? 

Biz sizə hər bir mərhələ haqqında ətraflı məlumat verəcəyik, iş nümunələri göstərəcəyik. Kalidad Group şirkətinin hazırladığı ev dizayn lahiyəsi nümunələrini göstərəcəyik.

Dizayn layihəsi, müştərinin fərdi tələblərinə uyğun olaraq həyata keçirilməsinə dair ətraflı texniki məlumatı olan gələcək interyerin konsepsiyasıdır. Nəticədə siz inşaatçılara ideyalarımızı mümkün qədər dəqiq və problemsiz həyata keçirməyə kömək edəcək sənəd paketi alacaqsınız.

 

Dizayn layihəsinin 3 mərhələsi

Dizayn layihəsi, müştərinin fərdi tələblərinə uyğun olaraq həyata keçirilməsinə dair ətraflı texniki məlumatı olan gələcək interyerin konsepsiyasıdır. Nəticədə siz inşaatçılara ideyalarımızı mümkün qədər dəqiq və problemsiz həyata keçirməyə kömək edəcəksiz.

İnteryer dizayn üçün məlumatların toplanması

Məlumatların toplanması

Layihənin ölçülərini və fotosessiyasını aparırıq. Seçimlərinizi öyrənirik, planlaşdırma həlləri hazırlayırıq, istifadə olunacaq materialları və onların xüsusiyyətlərini təqdim edirik.

interyer dizayn Vizuallaşdırma

Vizuallaşdırma

Biz interyerdə ideyaları seçirik və dizayn layihəsinin real 3D vizualizasiyasını təqdim etdiririk. Hər otağın bir neçə mənzərəsi ola bilər

Tikinti sxemi və kommersiya təklifi

Təmir sxemi və kommersiya təklifi

İnşaat işləri üçün rəsmlər və kommersiya təklifləri hazırlayırıq, təmir işlərinin hər bir mərhələsi üçün yekun büdcəni hesablayırıq.

Üsluba görə interyer dizayn qiymətləri

İnteryer dizayn və açar təslim təmir

Biz sizin üçün ev dizayn və açar təhvil təmir edirik. Mənzilin interyer dizayn layihəsinin yaradılmasından tutmuş təmir işlərinin koordinasiyasına və həyata keçirilməsinə qədər bütün mərhələlərdə təmiri müşayiət edirik. Vaxtınıza qənaət edirik, ustaların başı üstündə durmağa artıq ehtiyac yoxdur. Sizin yerinizə onu artıq biz edirik.
Layihənin bütün mərhələlərini həyata keçirmək üçün özünü sübut etmiş peşəkar inşaatçılar komandası, təcrübəli ustalar və müxtəlif növ təmir və tikinti işləri üçün lisenziyalar tələb olunur. Bizdə hamısı var!

Evinizi biz təmir edəcəyik

Biz sizin vaxt, əsəb və pulunuza qənaət edəcəyik. Dizayn layihəsindən tutmuş təhvil-təslimata qədər bütün işləri həyata keçirəcəyik. 

Siz dincəlirsiz biz işləyirik. Biz təhvil veririk və siz artıq yeni evdə dincəlirisiz 😎

Orijinal həllər

Biz sizin istəklərinizi nəzərə alaraq bir neçə orijinal həllər təklif edəcəyik. Yəni evinizin dizaynı yalnız sizə məxsus olacaq

Razılaşırıq

Layihəni və dizaynı razılaşdırırıq. Danışılmış avansı alırıq və başlayırıq.

Təmirə başlayırıq

Komandamız istənilən mürəkkəblikdə fərdi təmir-tikinti işlərinin öhdəsindən gəlir. İşimizə zəmanət veririk

Hərtərəfli nəzarət

Təmirin hər mərhələsində təsdiqlənmiş dizayna uyğun aparılmasına nəzarət edirik. Biz sizin maraqlarınızı təmsil edəcəyik.

Mənzil və evlər üçün interyer dizayn nümunələri

Siz istənilən bir dizaynı bizə göstərə bilərsiz. Biz sizə daha gözəlini hazırlayacağıq

Facebook Instagram YouTube