Dəhliz mebeli qonaqların evə daxil olarkən ilk gördükləri olduğu üçün mənzilin “sima”sıdır. Məhz bu səbəbdən də, mənzilin digər otaqlarında olduğu kimi burada da gözəl və funksional mebel üçün yer olmalıdır. Dəhliz də mətbəx və ya yataq otağı kimi yaşayış sahəsidir, ona görə də burada mümkün olduğu qədər daha praktik mebel olmalıdır. Bunun da səbəbi var: dəhliz, bir qayda olaraq, sadəcə aralıq otaqdır və əksər hallarda kiçik ölçülü olur. Buna görə də dəhliz üçün mebel məhdud olan boş məkandan praktik istifadə olunacaq şəkildə seçilməlidir.
Dəhliz mebeli: funksionallığı və tərzi
Dəhliz dolabı şübhəsiz ki, dəhliz mebelinin əsas mebel predmetlərindən biridir. Mənzilə daxil olduğunuz zaman palto və gödəkçələrinizi dərhal onun asılqanlarından asa bilərsiniz. Bu zaman dəhliz qarderobundan yaxşı nə ola bilər? Bütün mebellərdə olduğu kimi dəhliz qarderobları da bir-birindən fərqlənir. Hər növ əşyalar üçün çoxsaylı rəfləri və siyirməli qutuları olan, qarmaqlı asılqan və ya dayaqlı asılqanlı böyük dolabdan, paltar üçün sadə tək qarmaqlı böyük dolablaradək geniş seçim imkanı mövcuddur.
Əvəzolunmaz mebel predmetlərindən biri də dəhliz komodudur. Komod adətən, iki, üç və ya hətta dörd siyirmə qutusundan ibarət olur. Bu siyirməli qutularda papaqlar, şərflər, əlcəklər, çətirlər və bu kimi digər lazımlı bütün əşyalar yerləşdirilə bilər. Komod sayəsində əşyalar dəhliz boyunca səliqəsiz şəkildə atılmır. Onları səliqəli şəkildə çeşidlərə ayırmaq və komodun yeşiklərinə yerləşdirmək mümkündür.
Ayaqqabı dolabı: ayaqqabılarımız da gödəkçələrimiz və paltolarımız kimi dəhlizdə saxlanıla bilər ki, bu da öz növbəsində əlavə xaos yarada bilər. Bunun baş verməməsi üçün ayaqabbılar ayaqqabı dolabında saxlanılmalıdır. Dəhliz mebelinin daha da funksional olmasını istəyirsinizsə, ayaqqabı dolabı əvəzinə ayaqqabılar üçün oturacaqlı rəf seçin. O, iki dəfə artıq praktikdir, onun üzərində oturmaq və ayaqqabıları rəf oturacağının altında yerləşdirmək mümkündür.
Almazdan əvvəl otağın ölçüləri nəzərə alınmalıdır. Dəhliz mebeli gözəl ola bilər, ancaq artıq mebel əşyaları və əlavə aksessuarlarla doldurulduğu halda səliqəsiz görünə bilər.
Dəhlizin tərtibatı
Evinizin dəhlizi rahat və cəlbedici görünməlidir. Bu zaman müxtəlif amillər vacib rol oynayır. Lakin mebel dəhlizdə ən vacib rolu oynayır. Dəhliz mebeli zərif və səliqəli göründüyü zaman ümumi baxışda müsbət təəssürat yaradır. Dəhliz mebeli əşyaların təmiz və səliqəli saxlanması üçün kifayət qədər saxlama yerlərinə malik olmalıdır.
Mebel xüsusilə kiçik ölçülü dəhlizlərdə düşünülmüş şəkildə seçilməlidir, belə ki saxlama yerləri burada onsuz da məhdud olur. Buna görə də, məsələn, kiçik ölçülü dəhlizlər üçün böyük ölçülü qarderob dərhal təxirə salınır. Lakin onun təxirə salınması problem deyil. Bu zaman onu əvəz edəcək alternativ mebellər də var. Onun əvəzinə bütün gödəkçələrin, plaş və çətirlərin yerləşəcəyi dayaqlı paltar asılqanı yerləşdirilə və ya divara qarmaqlı kompakt lövhə asıla bilər.
Dəhlizin kiçik ölçülü olmasına baxmayaraq, bu məkanda optimal şəkildə yerləşdirilə bilən mebellər mövcuddur. Seçiminizi böyük komod əvəzinə, məsələn konsol masasında saxlaya bilərsiniz. O, komodla müqayisədə bir qayda olaraq daha dardır və dərin deyil. Bunun sayəsində onsuzda kiçik ölçülü olan dəhlizdə sahəyə qənaət etmiş olarsız. Kiçik dəhlizdə mebel parlaq olmayan, məsələn ağ və ya açıq-bej rənglərdə olmalıdır. Çünki açıq, tünd rəngli və qeyri-adi dizaynlı mebel daha böyük görünür və buna görə də dəhliz daha da kçik ölçülü görünə bilər.
Dəhliz dekoru
Əlbəttə ki, dəhlizdə yalnız mebeldən praktik istifadə olunmur. Dəbli və düzgün seçilmiş aksessuarlar ümumi obrazı tamamlayacaq və onu daha rahat və cazibədar edəcəklər. Giriş qapısı üçün xalça, çıraq və güzgü dəhlizə mükəmməl şəkildə uyğun gəlir. Bu aksessuarlar gözəl görünüşü ilə yanaşı, həm də praktikdir.
Sifarişlə dəhliz mebeli
Kalidad mebel ilə evinizin dəhlizinin ölçülərinə və dizaynına uyğun dəhliz mebeli sifariş verə bilərsiniz. Arzu etdyiniz dəhliz komodu, dəhliz dolabı və ya ayaqqabı dolabları hazırlamaq üçün ən müasir avadanlıq və peşəkar ustalarımız var. Siz istəyin, biz yaradaq!