Kreditlə mebel əldə etmək üçün Kalidad Group müştərilərinə daxili kredit təklif edir. Aşağıdakı kredit şərtlərinə uyğun olaraq daxili kreditlə mebel əldə etmək mümkündür.

2 formada kredit imkanları var:

Daxili kredit

Birkartla

Qaydaları oxuyun. Ətraflı məlumat üçün əlaqə saxlayın. 

Kredit şərtləri:

  1. Müqavilə mebelin yığılacağı mənzildə qeydiyyatda olan şəxsin adına bağlanmalıdır. Mənzilin texniki pasportu və digər sənədləri qaydasında olmalıdır.
  2. Hazırlanacaq mebelin yekun qiyməti müəyyən edildikdən sonra yekun qiymətin 30-40% həсmində avans ödənişi edilməlidir.
  3. Rəsmi iş yeri yoxdursa, müştərinin aylıq gəlirlərinin həcmini təsdiq edəcək etibar edilə biləcək qeydlər (mənbələr) olmalıdır. Kreditlə mebelin hazırlanması üçün kreditin ödəniməsində axsamalar olmayacağına əminlik olmalıdır.
  4. Kreditin aylıq ödənişi mebeldən, ümumi qiyməti və ilkin ödənişdən asılı olaraq FAİZSİZDİR. Maksimal müddət 6 aydır və hissə-hissə ödənilməlidir.

Kreditlə mebel alınmasının qaydaları:

✅  İlk növbədə müştəri ofisə yaxınlaşır, tələb olunan sənədləri və məlumatları təqdim edir. Kreditin ilkin ehtimal olunan məbləği müəyyən edilir. İstisna hallarda sənədləri onlayn qaydada göndərmək mümkündür.

✅  2-3 gün ərizndə kredit verilmə imkanı arşdırılır. Əgər müsbət nəticə əldə edilirsə müştəri ilə əlaqə saxlanılır və mənzildə ölçü aparılaraq mebelin dəqiq qiyməti çıxarılır.

✅  Bundan sonra müştəri ilə müqavilə bağlanılır, avans məbləğini ödənildikdən sonra işə başlanılır. Mebel aktla təhvil verilir. Müştəri hər ayın müəyyən olunmuş günündə aylıq ödənişlərini edir. 

Kreditlə aşağıdakı mebelləri əldə edə bilərsiz:

Qeyd: yaxın aylarda Tamkart kredit fürsətləri olacaq. İlk siz xəbər tutmaq üçün emailinizi və telefon nömrənizi qeyd edin.

    Kreditlə mebel haqqında məlumat

    Kredit şərtlərini öyrənmək və əlavə məlumat üçün formu doldurub göndərin və ya əlaqə saxlayın +994 50 734 00 15